“Qəzzada müharibəni bitirmək mənim üçün böyük şərəfdir”, - Donald Tramp vurğulayıb.
— Newsfeed (@Newsfeed883920) October 13, 2025
Xatırladaq ki, bundan əvvəl Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbətində də belə açıqlama vermişdi.
Öz növbəsində, Knessetdə analoji bəyanat səsləndirən İsrailin baş naziri Binyamin Netanyahu da hərbi əməliyyatların bitdiyini söyləmişdi.
Bir qədər əvəvl İsrail mediası ABŞ prezidenti Donald Trampın oktyabrın 13-də səhər saatlarında İsrailə gəldiyini bildirib.
Ben-Qurion hava limanında onu İsrail prezidenti İshak Hersoq, baş nazir Binyamin Netanyahu və xanımı Sara, həmçinin Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, kürəkəni Cared Kuşner və qızı İvanka qarşılayıb.
|
| Bütün israilli girovlar azad edilib | VİDEO |
Qarşılama mərasimindən sonra protokolu pozan Donald Tramp Netanyahunu və onun həyat yoldaşını Qüdsə səfər üçün öz avtomobilinə dəvət edib. Oktyabrın 13-də Knessetdə, o cümlədən girovların ailələri ilə görüş planlaşdırılır. Plenar iclasda ABŞ prezidenti, İsrailin baş naziri, Knessetin spikeri və müxalifət lideri çıxış edəcəklər.
Trampın İsrailə səfəri qısa olacaq və Bakı vaxtı ilə təxminən saat 14:00-da başa çatacaq. Bundan sonra o, Qəzza sazişinin imzalanma mərasimində iştirak etmək üçün Misirin Şarm əl-Şeyx şəhərinə gedəcək.
— Newsfeed (@Newsfeed883920) October 13, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


